Qelebə.az / Amil Ağacanov: “Ağır məğlubiyyətlə üzləşdik”

Amil Ağacanov: “Ağır məğlubiyyətlə üzləşdik”

Bu gün, 20:43

Misli Premyer Liqasının VI turunda "Neftçi" "Qəbələ"ni məğlub edib - 3:0.

QELEBE.AZ xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanovun mətbuat konfransı keçirilib.

"Ağır məğlubiyyət oldu. Deyiləsi sözümüz çoxdur. Rəqibin son oyunlarını təhlil etmişdik. Bilirdik ki, çox keyfiyyətli, aqressiv futbolçuları var. Yeni baş məşqçimiz gəlib, son 2-3 ildə oynadığımız sistemi dəyişmişdik. Bunun yaxşı tərəfləri də var idi. 0:1-ə qədər yaxşı oynayırdıq, top saxlayırdıq, aqressivliyimiz var idi. Ancaq rəqib sonda meydana sürətli futbolçularını buraxdı. Təəssüf ki, sonda ağır məğlubiyyətlə üzləşdik".

- Yayda əcnəbi qapıçı gətirdiniz. Artur Mottanın hazırlıq durumu necədir?
Biz onu birinci qapıçı kimi gətirməmişik. Kim güclüdürsə, o da dayanacaq qapıda. Bizdə Həbib Hüşənov da var. U-20 yığmasındadır. Onların toplanışları daha çox olduğu üçün qapıçı axtarırdıq. Rəqabət üçün qapıçı dəvət etdik. Səlahət Ağayev yaxşı formadadır. Arturdan da razıyıq. Gələcəkdə imkan olarsa, onu da meydana buraxacağıq.

Geri qayıt