Qelebə.az / Kurtua karyerasının ideal sonluğunu açıqlayıb

Kurtua karyerasının ideal sonluğunu açıqlayıb

Bu gün, 12:30

“Real Madrid”in 34 yaşlı qapıçısı Tibo Kurtua futbolçu karyerasını “Genk”ə qarşı oyunla başa vurmaq arzusunda olduğunu bildirib.

QELEBE.AZ xəbər verir ki, belçikalı qapıçı bu barədə “Forbes”ə müsahibəsində danışıb:

“Mən həmişə “Genk”ə qarşı oynamaq arzusunda olmuşam. Amma bu, heç vaxt baş tutmayıb. Düşünürəm ki, Çempionlar Liqasında “Genk” – “Real Madrid” oyunu karyeramın ideal sonluğu olardı”.

Qeyd edək ki, Tibo Kurtua “Genk”in yetirməsidir. O, ötən ilin yayında həmtəsisçisi olduğu NXTPLAY investisiya platforması vasitəsilə klubun səhmdarlarından birinə çevrilib.

Geri qayıt