“Neftçi” Misli Premyer Liqasının VI turunda qarşılaşacağı “Qəbələ” klubu ilə matçın hazırlığını başa vurub.
QELEBE.AZ xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Komandanın üzvləri hazırlıq prosesindən sonra səfərə yola düşüblər.
Qeyd edək ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 17:30-da başlanacaq.