Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək.
Apasport.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun açılış matçında “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.
Bu qarşılaşma “Neftçi” üçün əlamətdar olacaq. Bakı təmsilçisi Azərbaycan çempionatında 1000-ci matçına çıxacaq.
Misli Premyer Liqası
VI tur
17:30. "Qəbələ" – "Neftçi"
Baş hakim: Cavid Cəlilov
Qəbələ şəhər stadionu