“Naxçıvan” basketbol komandası heyətinə yeni legioner cəlb edib.
QELEBE.AZ xəbər verir ki, Naxçıvan təmsilçisi amerikalı Christian Koonce ilə 1 illik müqavilə imzalayıb.
196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü Azərbaycan Basketbol Liqasında (ABL) çıxış edən “Quba” klubunda keçirib.