I Liqada III turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
“Şahdağ Qusar” Şamaxıda “Şimal”ın qonağı olacaq.
“Gəncəbasar” “Mingəçevir”lə, “Baku Sportinq” isə “Səbail”lə üz-üzə gələcək.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
I Liqa
III tur
16:30. "Şimal" – "Şahdağ Qusar"
16:30. "Mingəçevir" – "Gəncəbasar"
16:30. "Baku Sportinq" – "Səbail"