Qelebə.az / “Yunayted”dən “Old Trafford”da tarixi uğursuzluq - 1976-cı ildən sonra ilk dəfə

“Yunayted”dən “Old Trafford”da tarixi uğursuzluq - 1976-cı ildən sonra ilk dəfə

Bu gün, 09:29

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” III mərhələdə doğma meydanda “Brayton”la qarşılaşıb.

“Yunayted” görüşün gedişində 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib. “Brayton” yekunda 3:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Bu məğlubiyyət komandanın 50 ildən artıq müddətdə “Old Trafford”da iki və daha çox top fərqi ilə öndə olduğu halda uduzduğu ilk matç olub. Sonuncu dəfə belə hal 1976-cı ilin sentyabrında “Tottenhem”lə oyunda qeydə alınıb – 2:3.

Bundan başqa, “Mançester Yunayted” 1984-cü ildən sonra ilk dəfə “Old Trafford”da ilk hissəni öndə başa vurduğu matçı məğlubiyyətlə tamamlayıb. Bundan əvvəl belə hadisə 1984-cü ilin mayında “İpsviç”lə qarşılaşmada yaşanmışdı – 1:2.

Beləliklə, “Mançester Yunayted”in 40 ildən artıq davam edən və 550-dən çox ev oyununu əhatə edən seriyası da başa çatıb.

Geri qayıt