Qelebə.az / Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub

Dünən, 22:56

Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri bəlli olub.

Yarışın ilk günündə yığmamızın 2 boksçusu rinqə çıxacaq.

Çempionatın qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.

Avropa çempionatı

17 sentyabr

1/16 final

Seyid Seyidov (85 kq) – İdris Leqanes (Belçika)

Nəbi İsgəndərov (70 kq) – Miloş Poqanoviç (Monteneqro)

18 sentyabr

1/16 final

Məhəmmədəli Aşırəliyev (60 kq) – Edqaras Skurdelis (Litva)

Malik Həsənov (65 kq) – Bilge Kağan Kanlı (Türkiyə)

19 sentyabr

1/8 final

Amin Məmmədzadə (55 kq) – Bulaiz Nadir (Belçika)/Jirayr Sarkisyan (Ermənistan)

20 sentyabr

1/8 final

Zeynəb Rəhimova (54 kq) – Buse Naz Çakıroğlu (Türkiyə)

Sübhan Mamedov (50 kq) – Emanuel Koça (Albaniya)

Rauf Rəhimov (90 kq) – Kevin Lebovski (Almaniya)

Məhəmməd Abdullayev (+90 kq) – Nikolay Burdiuja (Moldova)

21 sentyabr

1/8 final

Səidcəmşid Cəfərov (75 kq) – Davron Bozorov (Moldova)/Muksim Abdullay (Almaniya)

Murad Allahverdiyev (80 kq) – Rastko Simiç (Serbiya)/Arvidas Dainis (Litva)

Geri qayıt