Qelebə.az / “Fənər” azarkeşlərinə şad xəbər - Asensio zədəsini sağaldıb

“Fənər” azarkeşlərinə şad xəbər - Asensio zədəsini sağaldıb

Bu gün, 15:33

“Fənərbaxça”nın futbolçusu Marko Asensio zədəsini sağaldıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ispaniyalı yarımmüdafiəçinin müalicəsi klubun tibbi heyəti tərəfindən planlaşdırılmış proqram əsasında davam etdirilib. Asensio əsas komandaya qayıtmaq üçün fərdi məşqlər də keçib.

Bu gün aparılan tibbi müayinələr və həkimlərin qiymətləndirməsi nəticəsində futbolçunun oyun heyətində yer almasına mane olacaq hər hansı problemin olmadığı müəyyənləşib.

Asensio sentyabrın 17-si və 18-də məşqlərin bir hissəsində komanda ilə birlikdə çalışacaq, eyni zamanda fərdi məşqlərini davam etdirəcək. O, sentyabrın 19-da komanda məşqlərinə tam qoşulacaq.

Marko Asensionun sentyabrın 20-də “Eyüpspor”a qarşı keçiriləcək oyunun heyətində yer alacağı bildirilib.

Xatırladaq ki, Asensio avqustun 22-də “Konyaspor”la matçda zədələnmişdi.

Geri qayıt