Qelebə.az / Şahin Mustafayev ASTF-in prezidenti seçilib

Şahin Mustafayev ASTF-in prezidenti seçilib

Bu gün, 16:07

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.

QELEBE.AZ xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin inkişafı, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Geri qayıt