Qelebə.az / "Samsunspor"dan "Olimpiakos"a - RƏSMİ

"Samsunspor"dan "Olimpiakos"a - RƏSMİ

Bu gün, 11:13

"Samsunspor"un hücumçusu Marius Muandilmandjinin yeni klubu bəlli olub.

QELEBE.AZ xəbər verir ki, 28 yaşlı futbolçu "Olimpiakos"a transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yunanıstan təmsilçisi çadlı oyunçu üçün "Samsunspor"a 9 milyon avro ödəyəcək. Futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Marius Muandilmadji "Samsunspor"da 2023-cü ildən çıxış edirdi.

Geri qayıt