Qelebə.az / Messi Argentina millisində vida oyunu keçirəcək

Messi Argentina millisində vida oyunu keçirəcək

Dünən, 10:29

Lionel Messi Argentina millisində sonuncu oyununu keçirəcək.

QELEBE.AZ xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia məlumat verib.

39 yaşlı hücumçunun milli komandada sonuncu matçı oktyabrın 6-da baş tutacaq.

Həmin gün Argentina yığması yoldaşlıq görüşündə Beninlə qarşılaşacaq.

Matç Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək.

Geri qayıt