Qelebə.az / “Trabzonspor”da yeni dövr – Tomas Rays Trabzona gəldi

“Trabzonspor”da yeni dövr – Tomas Rays Trabzona gəldi

Dünən, 23:40

“Trabzonspor”un yeni baş məşqçisi Tomas Rays Trabzona gəlib.

Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

“Bordo-mavilər”lə razılaşan almaniyalı mütəxəssis Bolqarıstandan xüsusi təyyarə ilə Trabzon hava limanına enib. Rays burada azarkeşlər tərəfindən qarşılanıb. Onun klub rəhbərliyi ilə son detalları müzakirə etdikdən sonra rəsmi müqaviləyə imza atması gözlənilir.

Qeyd edək ki, 52 yaşlı Tomas Rays daha əvvəl Türkiyədə “Samsunspor”u çalışdırıb. O, 2026/2027 mövsümünə Bolqarıstanın “Ludoqorets” klubunda başlayıb.

Geri qayıt