"İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, MLS təmsilçisini Kili Qonsales çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssislə 2028-ci ilin iyununa kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Qonsalesin son iş yeri ölkəsində "Platense" klubu olub.