Qelebə.az / AFFA "Kəpəz"i cərimələyib - 5000 manat

AFFA "Kəpəz"i cərimələyib - 5000 manat

Bu gün, 13:15

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

QELEBE.AZ xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

Misli Premyer Liqası V tur

12.09.2026-cı il tarixində Misli Premyer Liqasında V turun “Kəpəz”– “Qəbələ” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

I Liqa II tur

09.09.2026-cı il tarixində I Liqada II turun “Şahdağ Qusar”– “Karvan-Yevlax” oyununda “Şahdağ Qusar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

09.09.2026-cı il tarixində I Liqada II turun “Şahdağ Qusar”– “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” komandası 750 manat cərimə edilsin (maddə 86.3);

09.09.2026-cı il tarixində I Liqada II turun “Şahdağ Qusar”– “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

10.09.2026-cı il tarixində I Liqada II turun “Zaqatala”– “Baku Sportinq” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

10.09.2026-cı il tarixində I Liqada II turun “Zaqatala”– “Baku Sportinq” oyunundan əvvəl “Zaqatala” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Zaqatala” komandası 450 manat cərimə edilsin (maddə 84.1);

10.09.2026-cı il tarixində I Liqada II turun “Zaqatala”– “Baku Sportinq” oyunu “Zaqatala” komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığı üçün “Zaqatala” komandası 450 manat cərimə edilsin (maddə 83.5);

10.09.2026-cı il tarixində I Liqada II turun “Səbail”– “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar”– “Xankəndi” oyununda “Gəncəbasar” komandasının 7 futbolçusu sarı vərəqə aldığı üçün “Gəncəbasar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar”– “Xankəndi” oyunundan əvvəl “Gəncəbasar” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Gəncəbasar” komandası 450 manat cərimə edilsin (maddə 84.1);

10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar”– “Xankəndi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Gəncəbasar” komandası 750 manat cərimə edilsin (maddə 86.3);

10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar”– “Xankəndi” oyununda “A buraxılışı” olmayan şəxslər texniki zonada olduğuna görə “Gəncəbasar” komandası 300 manat cərimə edilsin (maddə 86.12);

10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar”– “Xankəndi” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

11.09.2026-cı il tarixində I Liqada II turun MOİK – “Şimal” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

II Liqa III tur

13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur”– “Marafon” oyununda “Zəngəzur” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zəngəzur” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur”– “Marafon” oyununun 40-cı dəqiqəsində “Zəngəzur” komandasının 17 nömrəli futbolçusu Nurlan Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur”– “Marafon” oyununun 82-ci dəqiqəsində “Zəngəzur” komandasının analitiki Kamran Nəcəfzadə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 500 manat cərimə edilsin (maddə 51.1);

13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur”– “Marafon” oyununun 90+1-ci dəqiqəsində “Zəngəzur” komandasının 18 nömrəli futbolçusu İsmayıl İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 800 manat cərimə edilsin (maddə 52.3);

13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur”– “Marafon” oyununda “Marafon” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Marafon” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur”– “Marafon” oyununun 67-ci dəqiqəsində “Marafon” komandasının 14 nömrəli futbolçusu İlqar Ələkbərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Marafon” komandası 800 manat cərimə edilsin (maddə 52.3);

14.09.2026-cı il tarixində II Liqada III turun “Şəki”– “Qaradağ Lökbatan” oyunu təhlükəsizlik nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Şəki” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

14.09.2026-cı il tarixində II Liqada III turun “Şəmkir”– “Kür-Araz” oyununun matçöncəsi iclasında meydan sahibi komandanın nümayəndəsi olmadığına görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (maddə 58.1);

14.09.2026-cı il tarixində II Liqada III turun “Şəmkir”– “Kür-Araz” oyununda “Şəmkir” komandasının həkimi olmadığına görə “Şəmkir” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);

14.09.2026-cı il tarixində II Liqada III turun “Şəmkir”– “Kür-Araz” oyununda “Kür-Araz” komandasının həkimi olmadığına görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);

14.09.2026-cı il tarixində II Liqada III turun “Şirvan”– “Hypers” oyununda “Şirvan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

Əvəzedicilər Liqası IV tur

12.09.2026-cı il tarixində Əvəzedicilər Liqasında IV turun “Qarabağ-2”– “Araz-Naxçıvan-2” oyununda “Qarabağ-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

13.09.2026-cı il tarixində Əvəzedicilər Liqasında IV turun “Turan Tovuz-2”– “Sumqayıt-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

13.09.2026-cı il tarixində Əvəzedicilər Liqasında IV turun “Qəbələ-2”– “İmişli-2” oyunu “İmişli-2” komandasının qapıçısının formasında problem olması səbəbindən gec başladığı üçün “İmişli-2” komandası 150 manat cərimə edilsin (maddə 83.5).

Geri qayıt