Qelebə.az / “Sabah” Azərbaycan çempionatları tarixinə düşüb

“Sabah” Azərbaycan çempionatları tarixinə düşüb

Bu gün, 11:47

“Sabah” Misli Premyer Liqasının 2026/27 mövsümünə ardıcıl 4 quru hesablı qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, bu, ölkə çempionatları tarixində yüksək dəstədə 4-cü belə seriyadır. Daha əvvəl “Xəzri” (1995/96), “Xəzər Lənkəran” (2007/08) və “Qarabağ” (2019/20) mövsümün ilk 4 matçında qol buraxmadan qələbə qazanıb.

“Xəzri”nin həmin vaxt top fərqi 6:0, “Xəzər Lənkəran” və “Qarabağ”ın isə 10:0 olub. “Sabah” isə ilk 4 görüşdə 11 cavabsız qolla daha yüksək nəticə göstərib.

V turda “Şəfa”nı səfərdə 3:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi Premyer Liqada 10-cu dəfə rəqib meydanında böyükhesablı qələbə qazanıb. “Sabah” səfərdə ən azı 10 belə qələbə əldə edən 11-ci komanda olub. İlk belə qələbə 2021-ci il dekabrın 16-da “Səbail”lə matçda qeydə alınıb – 3:0.

Həmin qarşılaşmada fərqlənən Velko Simiç isə “Sabah”da 20-ci qolunu vurub. Serbiyalı yarımmüdafiəçi bu göstəriciyə 46-cı matçında çatıb. O, Premyer Liqada 31 oyunda 13, Azərbaycan kubokunda 6 matçda 1, UEFA Çempionlar Liqasında isə 9 görüşdə 6 qol vurub.

Geri qayıt