“Barselona”nın gənc ulduzu Lamin Yamal “Qızıl top” mükafatı ilə bağlı iddialı açıqlama verib.
QELEBE.AZ xəbər verir ki, 19 yaşlı futbolçu mükafata kimin layiq olduğu ilə bağlı suala cavabında öz namizədliyini önə çəkib:
“Bu mükafatı dünyanın ən yaxşı futbolçusuna verərdim. Bəs onu kim qazanacaq? Bu, çox uzun söhbətdir. Səmimi olaraq düşünürəm ki, dünyanın ən yaxşıları arasında iki futbolçu var. Bu il qazandığım uğurlara nəzər salsaq, “Qızıl top”a layiq olduğumu düşünürəm”.
İspaniyalı futbolçu dünyanın ən yaxşı iki oyunçusundan birinin də Kilian Mbappe olduğunu söyləyib: “Özümü və Mbappeni dünyanın ən yaxşı iki futbolçusu hesab edirəm. Bu, mənim üçün çox aydındır. Oyunları izləyən hər kəs də bunu bilir”.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində 6 oyuna çıxıb və 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.