Türkiyə Super Liqasında V tur davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün "Qalatasaray" meydana çıxıb.
Komanda "Kocaelispor"u qəbul edib.
Oyun "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib. Hesab ikinci hissədə açılıb. Abdülkerim Bardakcı fərqlənib. Bu, matçda yeganə qol olub - 1:0.
Qeyd edək ki, xallarının sayını 13-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirir.