Qelebə.az / Millimiz Avropa çempionatının yarımfinalında!

Millimiz Avropa çempionatının yarımfinalında!

Bu gün, 17:38

3x3 basketbol üzrə Azərbaycan qadın millisi Avropa çempionatının yarımfinalına yüksəlib.

QELEBE.AZ xəbər verir ki, Belçikanın Antverpen şəhərində keçirilən turnirdə həlledici qarşılaşmalara start verilib.

1/4 final mərhələsində Fransa seçməsi ilə üz-üzə gələn yığmamız 20:15 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan millisi yarımfinala vəsiqə qazanıb. Komandamız bu mərhələdə İspaniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Geri qayıt