“Atletiko”nun hücumçusu Xulian Alvarez komandanın məşqini vaxtından əvvəl başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Argentinalı forvard zədə səbəbindən hazırlıq prosesini davam etdirə bilməyib.
Alvarezin zədəsinin ciddiliyi tibbi müayinədən sonra müəyyənləşəcək.
Qeyd edək ki, onun bu gün La Liqanın V turu çərçivəsində keçiriləcək “Real Sosyedad”la oyunda iştirakı hazırda sual altındadır.