Misli Premyer Liqasının V turunda "Sumqayıt" "Şamaxı"nı qəbul edib - 1:1.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Filipo Kandidonun mətbuat konfransı keçirilib.
"Hər iki hissədə də kifayət qədər qol epizodu yaratdıq. Bu gün yalnız bir xalla kifayətlənməyə layiq deyildik. Komandada müəyyən irəliləyiş görürəm. Rəqibimiz təhlükəli komandadır. Göründüyü kimi, hələ üzərimizdə işləməliyik. Bir daha deyirəm, biz inkişaf edirik və daha yaxşı oynayacağıq.
Qarşıdan gələn milli fasilə komandamız üçün yaxşı olacaq. Ancaq yəqin ki, iki futbolçumuz milli komandaya yollanacaq və biz tam heyətlə hazırlaşa bilməyəcəyik. Hər halda, futbolçularımızın milli komandaya dəvət alması ilə fəxr edirəm."