Türkiyə Super Liqasında V tur davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün "Trabzonspor" meydana çıxıb.
Komanda "Konyaspor"un qonağı olub. Hesab erkən açılıb.
Meydan sahiblərinin heyətində Raymund Tot fərqlənib. Bu, oyunda yeganə qol olub - 1:0.
Qeyd edək ki, "Trabzon" 7 xalla turnir cədvəlinin 6-cı, "Konyaspor" isə 3 xalla 16-cı pilləsində qərarlaşıb.