Paraatıcımız Kamran Zeynalov Cənubi Koreyanın Çanqvon şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
QELEBE.AZ xəbər verir ki, idmançımız kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə P1 proqramında 568 xal toplayaraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, paraatıcıların dünya çempionatı sentyabrın 12-dən 15-dək Çanqvonda keçirilir. Azərbaycan millisinin heyətində Kamran Zeynalov və Aybəniz Babayeva yer alıb. Komandamız yarışda baş məşqçi Əfqan Əhmədovun rəhbərliyi altında mübarizə aparır.