Qelebə.az / “Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB

“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB

Bu gün, 19:52

Bu gün “Sea Breeze Resort”da Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib.

QELEBE.AZ xəbər verir ki, günün ikinci matçında “Elite Polo Club” (Azərbaycan) və “Moscow Polo Club” (Rusiya) qarşılaşıb.

Saat 17:15-də başlayan qarşılaşma təmsilçimizin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirə sentyabrın 13-də yekun vurulacaq.

***

19:30

Bu gün “Sea Breeze Resort”da Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası və “Sea Breeze”nin təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir.

Ümumilikdə 12 poloçunun mübarizə apardığı turnirdə Argentina və Cənubi Afrika Respublikasından olan idmançılar da komandaların heyətində yer alırlar.

Yarışda “Red Star”, “Sankt Moritz”, “Elite Polo Club” və “Moscow Polo Club” komandaları iştirak edir.

Turnirin ilk oyunu saat 16:00-da başlayıb. Açılış matçında “Red Star” və “Sankt Moritz” komandaları qarşılaşır.

Günün ikinci görüşündə isə “Elite Polo Club” və “Moscow Polo Club” üz-üzə gələcək.

“Beach Polo” formatında keçirilən hər oyun 4 çukkerdən ibarət olacaq.

Yarışları ümumilikdə təxminən 500 tamaşaçının izləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Sea Breeze 2026” turnirinə sentyabrın 13-də yekun vurulacaq.

Geri qayıt