Qelebə.az / Vlahoviçin cəzası qüvvədə qaldı – “Erzurumspor" matçını buraxacaq

Vlahoviçin cəzası qüvvədə qaldı – “Erzurumspor" matçını buraxacaq

Bu gün, 15:45

“Beşiktaş”ın hücumçusu Duşan Vlahoviçin 1 oyunluq cəzası qüvvədə saxlanılıb.

Apasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Apellyasiya Şurası İstanbul klubunun şikayətini təmin etməyib və Peşəkar Futbol İntizam Komitəsinin qərarını təsdiqləyib.

Serbiyalı futbolçu “Fənərbaxça” ilə derbidə Milan Şkrinyarla yaşadığı gərginlik və rəqib oyunçuya qarşı qeyri-idman hərəkətinə görə 1 oyunluq diskvalifikasiya və 100 min lirə məbləğində cərimə almışdı. 

Bu səbəbdən Vlahoviç “Beşiktaş”ın “Erzurumspor”la keçirəcəyi qarşılaşmada meydana çıxa bilməyəcək.

Geri qayıt