“Fənərbaxça”nın bu gün keçirdiyi bərpa məşqində İsmail Kartal iştirak etməyib.
QELEBE.AZ xəbər verir ki, dünən istefasını açıqlayan 65 yaşlı mütəxəssis məşq zamanı klubun Samandıra bazasına gəlməyib.
Bunun ardınca, “Fənərbaxça”nın idman direktoru Oğuz Çetin və klubun idarə heyətinin üzvü Cihan Kamer Kartalla görüşmək üçün onun evinə yollanıblar.
Bərpa məşqi köməkçi məşqçilər Zeki Murat Göle və Dirk Kuytun rəhbərliyi ilə davam edib.
****
12:19
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal vəzifəsində qalacaq.
QELEBE.AZ xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, 65 yaşlı mütəxəssis bu gün komanda ilə birlikdə məşqə çıxacaq. Bununla da onun istefasından sonra yaranan qeyri-müəyyənliyə son qoyulub.
Kartal ötən gün UEFA Çempionlar Liqasının liqa mərhələsində “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlamışdı. O, qərarını klubun önünü açmaq istəyi ilə əsaslandırmışdı.
Lakin “Fənərbaxça” prezidenti Aziz Yıldırım istefanı qəbul etmədiklərini bildirmiş və Kartalın komandanın başında qalacağını açıqlamışdı.
Klub rəhbəri mütəxəssisin matç zamanı azarkeşlərdən birinin atdığı su qabından təsirləndiyini də vurğulamışdı.