Yenicə istifadəyə verilmiş Gəncə şəhər stadionunun qazonu yanıb.
“Apasport”un Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, ardıcıl keçirilən matçlar meydançanın durumuna mənfi təsir edib.
I Liqanın “Gəncəbasar” - “Xankəndi” oyunundan öncə qazonun əksər hissələrində kəskin saralma müşahidə olunur.
Qeyd edək ki, bu qarşılaşma son 11 gündə Gəncə şəhər stadionunda keçirilən 3-cü matç olacaq.



