Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, komanda səfərdə “Çikaqo” ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.
Messi bu görüşdə start heyətdə meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “İnter Mayami” 24 turdan sonra 44 xalla 3-cü pillədə qərarlaşıb.