Qelebə.az / Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib

Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib

Bu gün, 13:10

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Boccia üzrə Dünya çempionatında BC2 kateqoriyasında bürünc medal qazanan Sona Ağayeva bu nəticəyə görə 48 reytinq xalı əldə edib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bununla da xallarının sayını 74-ə çatdıran paralimpiyaçımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində 15-ci pillədən 8-ci pilləyə yüksəlib.

Geri qayıt