Dekabrın 6-da böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, yarış Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Böyüklər bütün kata kateqoriyalarında, gənclər və yeniyetmələr isə “Nage-no-kata” və “Katame-no-kata” üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, cütlüklər kişi–kişi, qadın–qadın və ya kişi–qadın tərkibində formalaşdırıla bilər.