Qelebə.az / Azərbaycanın basketbol millisinin Avropa çempionatında rəqibləri bəlli olub

Azərbaycanın basketbol millisinin Avropa çempionatında rəqibləri bəlli olub

24-02-2023, 17:46

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasında “Report”a verilən məlumata görə, yığma B Divizionunun C qrupunda çıxış edəcək.

Püşkatmaya əsasən, Azərbaycanın U-20 komandası Kosovo, İsveç, Ukrayna və Gürcüstanla mübarizə aparacaq.

Yarış 7-16 iyul tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək.

Geri qayıt