Qelebə.az / Milli komandaların hazırlıq prosesi davam edir

Milli komandaların hazırlıq prosesi davam edir

Bu gün, 20:13

Oktyabrın 22-31-dək ölkəmizdə ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması məqsədilə seçim prosesi davam edir.

Apasport.az xəbər verir ki, 2011-ci il təvəllüdlü futbolçular Bakıda keçiriləcək U-15 Dünya Çempionatına hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışlarını keçirəcək.

Təlim-məşq toplanışı 8-9 sentyabr və 12-14 sentyabr tarixlərində Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək. Hazırlıq prosesi çərçivəsində futbolçuların seçimi davam etdiriləcək və Dünya Çempionatında iştirak edəcək yekun heyət müəyyənləşəcək.

Qeyd edək ki, toplanışlara dəvət olunan 25 futbolçu arasından Dünya Çempionatında iştirak edəcək 14 futbolçu seçiləcək.
Həmçinin U-15 milli komandasında (2012-ci il təvəllüdlü futbolçular) UEFA İnkişaf Turnirinə hazırlıq məqsədilə seleksiya prosesi davam edir. Sözügedən turnirin 20-26 oktyabr tarixlərində Maltada keçiriləcək. 

Milli komandanın təlim-məşq toplanışlarına dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:

 

AD, SOYAD

KLUB

Oqtay Mehrəliyev

Qarabağ FK

Daniil Bayramari

Qəbələ İK

Məhəmməd Ağamalıyev

Qarabağ FK

Abbas Məmmədli

Qarabağ FK

Asif Allahverdizadə

Ulduz FA

Emil Quliyev

Neftçi PFK

Teymur Quliyev

Ulduz FA

Əkbər Nağıyev

Neftçi PFK

Kənan Əzimov

Neftçi PFK

Həsən Məhmədov

Sabah FK

Murad Zeynallı

Ulduz FA

Səbran Muradlı

Qarabağ FK

Müşfiq Zamanov

Ulduz FA

Xalid Soltanov

Qəbələ İK

Ömər Allahverdiyev

Turan Tovuz PFK

Səbuhi İbrahimli

Ulduz FA

Yusif Əlizadə

Ulduz FA

Həsən Ramazanov

Sabah FK

Murad Məmmədzadə

Sabah FK

Nihad Bəylərli

Ulduz FA

Əli Hacıyev

Sabah FK

Həsən Müşfiqzadə

Qarabağ FK

Ramil İsmayıllı

Karvan FK

Maksim Adamov

Neftçi PFK

Amin Tağıyev

Qarabağ FK

Geri qayıt