Qelebə.az / “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb

“Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb

Bu gün, 15:58

“Trabzonspor” baş məşqçi postuna Vitor Pereyranı gətirmək üçün hərəkətə keçib.

Apasport.az xəbər verir ki, Trabzon təmsilçisi portuqaliyalı mütəxəssislə ilkin təmas qurub.

Klub rəhbərliyi yeni baş məşqçinin namizədliyini qısa müddətdə müəyyənləşdirmək istəyir. Bu səbəbdən əsas diqqət əcnəbi mütəxəssislərə yönəlib.

Namizədlər siyahısında isə Türkiyə futboluna yaxından bələd olan Vitor Pereyra ön sıralarda yer alır.

Bildirilir ki, “Trabzonspor”un prezidenti Ertuğrul Doğan 58 yaşlı çalışdırıcı ilə şəxsən əlaqə saxlayıb. Tərəflərin şərtlərdə razılığa gələcəyi təqdirdə danışıqların qısa zamanda yekunlaşması gözlənilir.

“Trabzonspor” paralel olaraq digər əcnəbi baş məşqçi namizədləri ilə də danışıqlarını davam etdirir.

Qeyd edək ki, Vitor Pereyra daha əvvəl iki fərqli dövrdə “Fənərbaxça”nın baş məşqçisi olub.

Geri qayıt