Qelebə.az / Biləsuvarda şəhidlərin xatirə turniri keçirilib

Biləsuvarda şəhidlərin xatirə turniri keçirilib

Bu gün, 16:08

Biləsuvarda Vətən müharibəsi şəhidləri İqbal Astanlı və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş turnir keçirilib.

QELEBE.AZ xəbər verir ki, yarışda 330-dan artıq güləşçi mübarizə aparıb.

U-15 yaş qrupu üzrə keçirilən turnirdə yunan-Roma güləşi üzrə Aqil Abbasov (38 kq), Hacı Hüseynzadə (41 kq), Fərid Ağayev (44 kq), Azər Hüseynov (48 kq), Emin Salmanov (52 kq), Yusif Məmmədov (57 kq), Asiman Məmmədov (62 kq), Murad Novruzzadə (68 kq), Anar Hüseynli (75 kq) və İsmayıl Məmmədov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərbəst güləş üzrə isə Məhəmməd Həsənli (38 kq), Hüseyn Nuruzadə (41 kq), Lətif Hüseynov (44 kq), Mansur Akiykulu (48 kq), Əkbər Haqverdiyev (52 kq), Ramal Süleymanlı (57 kq), İsmayıl Əlizadə (62 kq), Kamil Bədəlov (68 kq), Nuran Həsənli (75 kq) və Cavid Əliyev (85 kq) çempion olub.

Qeyd edək ki, yarışda fərqlənən güləşçilər U-15 yaş qrupu üzrə milli komandalara cəlb olunacaq və təlim-məşq toplanışlarında iştirak edəcəklər.

Geri qayıt