Qelebə.az / Millimizin üzvü het-trik etdi - KOMANDASI 3 xal qazandı

Millimizin üzvü het-trik etdi - KOMANDASI 3 xal qazandı

6-09-2026, 21:04

Kosovo Superliqasında IV turun oyunları keçirilir.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” öz meydanında “Qjilani”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Malişeva”nın heyətində bütün qolları Vüsal İsgəndərli vuraraq het-trik edib.

Qeyd edək ki, bu nəticədən sonra “Malişeva” 10 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Geri qayıt