Qelebə.az / “Beşiktaş”dan yeni transfer

“Beşiktaş”dan yeni transfer

4-09-2026, 20:09

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda “Alanyaspor”un futbolçusu Ümit Akdağı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 22 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rumıniya əsilli futbolçu ötən mövsüm “Alanyaspor”un heyətində bütün turnirlər daxil olmaqla meydana çıxdığı 36 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Geri qayıt