Bu gün futbol üzrə Azərbaycan I Liqasında ilk tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, sonuncu gündə iki qarşılaşma baş tutub.
“Gəncəbasar” “Şimal”ın qonağı olub. Meydan sahibləri rəqibinə 1:2 hesabı ilə məğlub olub.
“Mingəçevir” isə “Zaqatala” ilə üz-üzə gəlib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan I Liqası
I tur
17:00. “Şimal” – “Gəncəbasar” 1:2
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev
17:00. “Mingəçevir” – “Zaqatala” 2:2
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.