Qelebə.az / UEFA Konfrans Liqasında çıxışını başa vuran “Qarabağ” Bakıya qayıdıb

UEFA Konfrans Liqasında çıxışını başa vuran “Qarabağ” Bakıya qayıdıb

24-02-2023, 11:41

UEFA Konfrans Liqasının Belçikadakı cavab oyununda “Gent”ə məğlub olan “Qarabağ” komandası Vətənə qayıdıb.

“QELEBE.AZ”un məlumatına görə, çarter reysi ilə Ostend hava limanından yola düşən “köhlən atlar” saat 11:00-da Bakıya çatıblar.

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:0 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında “Gent” “Qarabağ”ı üstələyib - 5:3.

Bakıdakı ilk qarşılaşmada “köhlən atlar” rəqibini məğlub etmişdi - 1:0.

Geri qayıt