Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb
Gəncə Şəhər Stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusuna layiq görülüb.
Apasport.az xəbər verir ki, bu, iki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində mümkün olub.
Yeni status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.
Bununla da Gəncə Şəhər Stadionunda milli komandaların oyunlarını, həmçinin UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmaları keçirmək mümkün olacaq.