Qelebə.az / Rocer Federer Tennis Şöhrət Zalına daxil edilib

Rocer Federer Tennis Şöhrət Zalına daxil edilib

Dünən, 12:50

20 dəfə “Böyük dəbilqə” turnirinin qalibi olan Rocer Federer Tennis Şöhrət Zalına daxil edilib.

Apasport.az xəbər verir ki, İsveçrəli əfsanənin şərəfinə mərasim ABŞ-ın Nyuport şəhərində baş tutub.

Federer 2022-ci ilin sentyabrında, “Leyver Kuboku”nda iştirak etdikdən sonra karyerasını başa vurub. Onun son görüşü cütlüklər yarışında ispaniyalı Rafael Nadal ilə birgə olub.

Qeyd edək ki, Federer daha əvvəl 2026-cı il ABŞ Açıq çempionatının “Azarkeşlər həftəsi” çərçivəsində iki nümunəvi görüş keçirib. O, əvvəlcə Endi Roddiklə bir set oynayaraq 6:3 hesabı ilə qalib gəlib. Daha sonra Con MakEnro ilə duet təşkil edən Federer Andre Aqassi və Roddiki 7:5 hesabı ilə məğlub edib.

Geri qayıt