Qelebə.az / “Şahdağ Qusar” fransalı hücumçu ilə müqavilə imzaladı

“Şahdağ Qusar” fransalı hücumçu ilə müqavilə imzaladı

28-08-2026, 10:17

“Şahdağ Qusar” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Apasport.az xəbər verir ki, Qusar təmsilçisi Əlcəzair əsilli fransalı hücumçu İdir Butrifini heyətinə qatıb.

26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İdir Butrifinin son klubu Lüksemburqun “Kaerjeng” komandası olub. O, 2023-cü ildən bu klubun formasını geyinib və 61 oyunda 28 qol vurub.

Geri qayıt