"Neftçi"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komanda ilə Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş lüksemburqlu hücumçu "ağ-qaralar"ın heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.