"Qarabağ"ın futbolçusu Marko Veşoviç avrokuboklarda cəzalı duruma düşüb.
"QELEBE.AZ"un məlumatına görə, buna monteneqrolu sağ cinah müdafiəçisinin Belçikada "Gent"ə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda sarı vərəqə görməsi səbəb olub. Bu, 32 yaşlı oyunçunun qrup mərhələsindən etibarən 3-cü xəbərdarlığıdır.
"Köhlən atlar" "Gent" səddini adlayacağı halda Veşoviç 1/8 finalın ilk matçını buraxmalı olacaq.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.