Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko AVRO-2026-nın C qrupunda Rumıniya üzərində qazanılan qələbəni şərh edib.
Apasport.az xəbər verir ki, voleybolçu qələbənin vacibliyini vurğulayıb:
“Bu gün qələbə qazandığımız üçün şadıq. Hesabdan asılı olmayaraq, bu qələbə bizim üçün çox vacib idi. Bu, voleyboldur, oyunda yüksəliş də olur, eniş də. Yorğunluğa baxmayaraq, komanda şəklində oynadıq və xarakter nümayiş etdirdik. Biz öz evimizdə oynayırıq, azarkeşlərimiz bizi dəstəkləyir. Bütün Azərbaycan bizə inanır. Ona görə də biz qalib gəlməli idik”.