“Liverpul” İngiltərə Premyer Liqasının I turunda “Nyukasl”la 2:2 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisi bununla da çempionatın ilk turunda 14 mövsümdür məğlub olmur.
“Liverpul” sonuncu dəfə 2013/14 mövsümündə ilk turda uduzub.
Bu, hazırda Premyer Liqada davam edən ən uzun seriyadır.