Sentyabrın 5-də Bakıda ilk dəfə “ALUFAR IRONMAN 70.3 BAKU” triatlon yarışı keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Yarışda 62 ölkədən 1500-ə yaxın idmançının iştirakı gözlənilir.
“IRONMAN 70.3” üzgüçülük, velosiped və qaçış mərhələlərindən ibarətdir. İştirakçılar Xəzər dənizində 1,9 km üzəcək, 90,1 km velosiped sürəcək və 21,1 km məsafə qaçacaqlar. Qaçış mərhələsi Bakı Bulvarında keçiriləcək.
Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-da keçiriləcək “IRONMAN 70.3” dünya çempionatına vəsiqə qazanacaqlar.
Qeyd edək ki, “IRONMAN” həftəsi çərçivəsində sentyabrın 4-də “IRONKIDS” və “Fun Run” qaçışları da təşkil olunacaq.