Qelebə.az / “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO

“Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO

Dünən, 22:06

Misli Premyer Liqasının II turunda “Şamaxı” ilə 0:0 hesablı heç-heçədən sonra “Turan Tovuz”un mətbuat xidməti hakim qərarları ilə bağlı paylaşım edib.

QELEBE.AZ xəbər verir ki, qərb təmsilçisi mövsüm ərzində bir neçə dəfə hakim səhvləri səbəbindən xal itirdiyini bildirib:

“Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun “Sabah” – “Turan Tovuz” oyununda hakimliklə bağlı fikirlərini səbirsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”.

Geri qayıt