Qelebə.az / “Sabah”ın matçının hakimləri açıqlandı

“Sabah”ın matçının hakimləri açıqlandı

Bu gün, 13:05

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” – “Hapoel” (Beer-Şeva) oyununun hakim təyinatları açıqlanıb.

QELEBE.AZ xəbər verir ki, görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.

VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.

Geri qayıt