"Sevilya" heyətini yeni oyunçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, La Liqa təmsilçisi "Sportinq"dən Giorgi Koçoraşvilini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əndəlüs təmsilçisi gürcüstanlı yarımmüdafiəçi üçün 4 milyon avro ödəyib. 27 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.