Qelebə.az / Avstriya yığmasının kapitanı bir aylıq sıradan çıxıb

Avstriya yığmasının kapitanı bir aylıq sıradan çıxıb

23-02-2023, 17:56

Avstriya yığmasının kapitanı David Alaba bir ay müddətinə sıradan çıxıb.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçinin formasını geyindiyi İspaniya klubu “Real Madrid” məlumat yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə təmsilçisi “Liverpul”la görüşdə zədələnən ulduz futbolçuda sağ bud əzələ yırtığı aşkarlanıb. Alaba bir ay ərzində “kral klubu”na kömək edə bilməyəcək.

Avstriyalı oyunçu böyük ehtimalla AVRO-2024-ün seçmə qrup mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək ilk görüşü də buraxacaq.

Qeyd edək ki, Avstriya – Azərbaycan matçı martın 24-də Lins şəhərində baş tutacaq.

Geri qayıt